Pentaqon ilin sonunadək “Abrams” tanklarını Ukraynaya göndərəcək

ABŞ ilin sonunadək Ukraynaya Abrams tanklarını təhvil verəcəyinə ümid edir...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsinin müavini Sabrina Sinq çərşənbə günü keçirdiyi brifinqdə bildirib.

“Ukrayna tank ekipajlarının və xidmət heyətinin təlimləri hələ başlamayıb”, deyə Sinq qeyd edib.

Qeyd edək ki, martın sonunda ABŞ Müdafiə naziri Lloyd Ostin tədarükü sürətləndirmək üçün “Abrams” tankının köhnə modifikasiyasını Ukraynaya təhvil vermək qərarını açıqlayıb.

Poliqon.info