Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 2 nəfər yaralanıb - Yenilənib

Bakı-Salyan yolundakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə nəticəsində 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

***

Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.

***

Bakı-Salyan yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bunlar Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Baycan Bayram oğlu və 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızıdır.

***

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

***

Salyan rayonunda 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Yaralılardan biri 2-3 yaşlı uşaq, digərləri isə qadın və kişidir. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

Poliqon.info