FHN Akademiyası kursantları üçün yanğın təhlükəsizliyinə dair təlim keçirilib - Foto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanında yerləşən “Park Bulvar” Ticarət Mərkəzində FHN Akademiyasının kursantları üçün təlim keçirilib...

FHN-dən Poliqon.info-ya verilən xəbərə görə, yanğın təhlükəsizliyinə dair biliklərin artırılması və peşə vərdişlərinin aşılanması məqsədilə keçirilmiş təlimdə Akademiyanın 45 kursantı iştirak edib.

Təlimdə Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları tərəfindən daxili yanğın su kranlarının, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının, tüstüsovurucu havalandırma sisteminin və yanğın su nasoslarının iş prinsiplərindən danışılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə, yanğın zamanı təxliyə barədə kursantlara ətraflı məlumat verilib. Həmçinin, kursantlarla yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliyə dair söhbət aparılıb, yаnğın təhlükəsizliyi qаydаlаrının tələblərinin pоzulmаsınа görə müəssisə rəhbərlərinin daşıdıqları məsuliyyət izah olunub.

Qeyd edək ki, FHN-in kursantları üçün nəzəri tədris prosesi ilə yanaşı real şəraitdə təlimlər mütəmadi olaraq keçirilir.

##galery##

Poliqon.info