Pediatr: 20-35 yaş arası ana olmaq üçün daha produktiv dövrdür

20-35 yaş arası ana olmaq üçün daha produktiv dövrdür...

APA xəbər verir ki, bunu pediatr Azər Əhmədov deyib. Həkimin sözlərinə görə, sağlam uşaq dünyaya gətirmək üçün hamiləlikdən öncə orqanizmin buna hazırlıqlı olub-olmaması və hamiləlik dövründə nəzarət önəmlidir:

“Körpə doğulduqdan sonra ilk bir saatda qidalanma çox önəmlidir. Yeni protokollara görə, körpə doğular-doğulmaz ananın sinəsi üzərinə qoyulur. Təmas çox önəmlidir. Bundan sonra isə qidalanma əhəmiyyətlidir. Statistikaya görə, dünyaya gələn hər beş körpədən ikisi ilk bir saatda qidalandırılmır. Bununla bağlı maarifləndirmə önəmlidir. Eyni zamanda yeni doğulmuş körpənin ilkin dövrdə soyuqdan gözlənilməsi önəmlidir. Məsələn, ana ilə körpə arasında qan qrupunun uyğunluğu və ya uyğunsuzluğunu əvvəlcədən bilməyimiz önəmlidir. Körpə evə yazıldıqdan sonra isə ilk 48 saat içərisində pediatr müayinəsi üçün geri qaytarılmalıdır. Bu, gözdən qaça biləcək ilkin problemlərə qarşı profilaktik tədbirlər üçün önəmlidir”.

Poliqon.info