Kral III Çarlz oğlu şahzadə Harri ilə görüşməkdən imtina edib

Böyük Britaniya kralı III Çarlz “məşğul olduğu” üçün kiçik oğlu şahzadə Harri ilə görüşməkdən imtina edib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Page Six insayderi məlumat yayıb. Məlumata görə kral III Çarlz Britaniyaya gələn şahzadə Harri ilə görüşməkdən imtina edib.

Qeyd edək ki, şahzadə Harri şəxsi həyatın toxunulmazlığı ilə bağlı bir sıra media orqanlarına qarşı məhkəmədə iştirak etmək üçün martın sonunda Böyük Britaniyaya gəlib.

Page Six mənbələrinin məlumatına görə, Londona səfəri zamanı Sasseks hersoqu atasını görməyə çalışıb, lakin kral oğlu ilə görüşməkdən imtina edib.

Lakin güman edilir ki, görüşün baş tutmamasına baxmayaraq, III Çarlzın mayın 6-na təyin edilən tacqoyma mərasimində oğul və atanın barışa biləcəyinə ümid var.

Xatırladaq ki, Şahzadə Harri v\ həyat yoldaşı Meqan tacqoyma mərasimində iştirak edib-etməyəcəkləri barədə hələ cavab verməyiblər, lakin ekspertlər əmindir ki, Harri və həyat yoldaşı Meqan Markl Britaniya monarxiyası üçün belə mühüm günü qaçırmayacaqlar.

Ekspertlər hesab edir ki, Harri tacqoyma mərasiminə gəlməsə, bu, şahzadənin sanki, “bir daha ailəmlə heç vaxt münasibətim olmayacaq” deməsi demək olacaq.

Poliqon.info