Bakıda yaşlı kişini maşın vurub

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır...

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

1961-ci il təvəllüdlü Mahmudov Hamlet Mahmud oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Poliqon.info