Fransa döyüş PUA-larının inkişafına yüz milyardlarla avro xərcləyəcək

Fransa döyüş PUA-larının və kosmik hərbi texnologiyaların inkişafına milyardlarla avro sərf edəcək...

Poliqon xəbər verir ki, bu barədə Euronews-un məlumatında bildirilib.

Fransa hökuməti əvvəlki dövrlə müqayisədə 100 milyard avro çox olmaqla 413 milyard avroluq yeni hərbi büdcə qəbul edib. Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornunun sözlərinə görə, hərbi proqramlar üçün nəzərdə tutulan yeni büdcə müdafiə büdcəsində görünməmiş artım deməkdir.

“Paris geosiyasi kontekstin pisləşməsi ilə əlaqədar yaranan fövqəladə hallarla, eləcə də bir baha başa gələn çoxsaylı texnoloji irəliləyişlərlə tez bir zamanda məşğul olmaq üçün milyardlar ayırıb”, deyə xəbərdə bildirilir.

Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə nüvə təhlükəsinin qarşısının alınması qüvvələrini gücləndirmək niyyətindədir. Prezidentin sözlərinə görə, nüvə qüvvələrinin mövcudluğu Fransanı digər Aİ ölkələri arasında xüsusi mövqeyə qoyur.

Poliqon.info