Bakıda minik avtomobili yük maşınına çırpılıb, sərnişin ölüb

Fakt üzrə cinayət işi başlanıb...

Bakıda minik avtomobili yük maşınına çırpılıb.

APA xəbər verir ki, İsmayıl Eylaz oğlu Abdullayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Balaxanı yolu ilə şəhər istiqamətində hərəkətdə olarkən işıqforda dayanan, yük avtomobilini arxa hissəsindən vurub.

“Mercedes-Benz”də sərnişin qismində olan Mənaf Fərhad oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə cinayət işi başlanıb.

Poliqon.info