Çin Finlandiyanın NATO-ya daxil olmasından heç də məmnun deyil...

Global Times: Finlandiyanın NATO-ya daxil olması üçün riskləri artıracaq...

Finlandiyanın NATO-ya daxil olması Avropa üçün təhlükəsizlik risklərini artıracaq.

Poliqon xəbər verir ki, bu barədə Çinin ingilisdilli nəşri Global Times-ın analizində qeyd edilir. Finlandiyanın NATO-ya rəsmi üzvlüyünü Şərqi Çin Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin elmi işçisi Çuy Hen şərh edib.

“Böyük güclər arasında qalan ölkələr üçün tərəf tutmamaq əslində çox rasional seçimdir”, deyən analitik alyansa qoşulmaqla Finlandiyanın neytrallığından tamamilə əl çəkdiyini və NATO ilə qarşıdurmada özünü ön sıraya qoyduğunu qeyd edib.

Çuy Hen həmçinin Rusiyanı yeni təhlükəsizlik çağırışlarına necə cavab verəcəyini də açıqlayıb.

“Rusiya bir tərəfdən Ukrayna müharibəsində hücumu gücləndirə bilər, digər tərəfdən isə nüvə silahlarının yerləşdirilməsini artırmağa davam edə bilər”, deyə analitik bildirib.

Poliqon.info