Simonyanın tüpürcəyi Paşinyanın komandasında parçalanma yaradıb...

Martın 4-də İrəvanda Paşinyan iştirakı ilə hakim “Vətəndandaş müqaviləsi” partiyasının iclası keçirilib...

Erməni mətbuatı iddia edib ki, görüşdə Ermənistan parlamentinin spikeri Alen Simonyanla bağlı insident müzakirə edilib. Erməni mətbuatının yazdığına görə Simonyan toplantının başa çatmasını gözləmədən iclası tərk edib.

Simonyandan 15 dəqiqə sonra Paşinyan da çıxıb. İstər Simonyan, istərsə də Paşinyan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Erməni mətbuatı yazır ki, iclasdan sonra sızdırılan məlumata görə Simonyan yaxın zamanda istefa verəcək və mandatdan da imtina edəcək.

“Maraqlıdır, Paşinyan niyə məhz Simonyanı cəzalandırır? Kanada vətəndaşının üzünə tüpürdüyünə, yoxsa oğlunun döyülməsi ilə bağlı məlumat sızdırdığına görə? Ermənistan parlamentinin spikerinin son gülüşləri təsadüfidir, yoxsa hansısa öz oyununu oynayır? Zaman göstərəcək”, deyə Erməni mətbuatı yazır.

Poliqon.info