Rusiya dəniz yolu ilə Qərbin ticarət məhdudiyyətlərini aşa bilib

Rusiya Asiya və Afrikadan olan müttəfiqlərin köməyi ilə Qərbin sanksiyalarından yan keçə bilir...

Poliqon xəbər verir k, bu barədə Fransanın Le Monde qəzeti admiralı Alena Udo de Denvilleyə istinadən yazıb.

Qərb bloku ilə qarşılaşan Rusiya iqtisadi sanksiyalara müqavimət göstərmək üçün bir neçə strategiya hazırlayıb. Admiral qeyd edib ki, bu strategiyalar BRICS və Şanxay əməkdaşlıq Təşkilatı çərçivəsində Çinlə yaxınlaşmaqdan ibarətdir.

Məlumatda bildirilir ki, Rusiya beynəlxalq limanlara çıxış axtarır, buna görə də bütün dünyada tanınan Hindistan qeydiyyatında olan şirkətin gəmilərindən istifadə edir. Bu ona ticarət məhdudiyyətlərini aşmağa imkan verir

Bundan əlavə, Asiya və Afrikadan olan gəmi sahibləri gəmilərini digər bayraqlar altında, xüsusən də yunan bayraqları altında istifadə edirlər. Buna görə Avropa Birliyi bu ticarət gəmilərini izləyir, çünki Rusiyanın enerji satışından əldə etdiyi gəlirin təxminən 70% - ni təmin edir.

Poliqon.info