Sərxoş rus 19-cu mərtəbədən yıxıldı, mahnı oxuyaraq ayağa qalxdı...

Voronej sakini yaşayış binasının 19-cu mərtəbəsindən avtomobilin üzərinə yıxılaraq sağ qalıb...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, hadisənin şahidlərinin sözlərinə görə, 19-cu mərtəbədəki mənzildə məclis iştirakçılarından biri, ehtimal ki, sərxoş vəziyyətdə təsadüfən pəncərədən yıxılıb. Möcüzəvi şəkildə xilas olan adam yıxıldıqdan sonra ayağa qalxıb və mahnı oxumağa başlayıb.

Xilasedicilər zərərçəkmişi evin pəncərələrinin altında dayanaraq ağır zədələnmiş avtomobildən çıxarıblar. Hadisə şahidləri bildirib ki, avtomobil tamamilə yararsız hala düşüb. Hər kəsi təəccübləndirən isə odur ki, 19-cu mərtəbədən yıxılan şəxs nəinki sağ idi, hətta təkbaşına yeriyə bilirdi və təcili yardım maşınında xəstəxanaya gedərkən yolda mahnı oxuyurdu.

Poliqon.info