NASA aya uçacaq heyəti açıqlayıb...

ABŞ Milli Aeronavtika və kosmos İdarəsi (NASA) “Orion” kosmik gəmisinin ekipajını elan edib...

Cihaz 2024-cü ilin sonunda aya gedəcək və “Artemis-2” missiyası çərçivəsində ayın ətrafında dövr edəcək.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə NASA məlumat yayıb

Qeyd edək ki, “Artemis” proqramı 2020-ci ilin sentyabrında təqdim edilib. Onun əsas məqsədi"astronavtların Ay səthinə qayıtması, yaxın ay stansiyasının tikintisi və Ayın mümkün kolonizasiyası üçün şəraitin hazırlanmasıdır.

NASA-nın açıqladığı heyətə üç ABŞ və bir Kanada vətəndaşı daxil olacaq: Reed Uaysman, Viktor Glover, Kristina Koch və Kanadalı Jeremy Hansen.

NASA-nın məlumatına görə, “Orion” gəmisi ilə Aya səfər gələn ilin noyabr ayına planlaşdırılır. Astronavtların uçuşu 10 gün davam edəcək.

Poliqon.info