ABŞ qonşu ölkələrin Əsədlə münasibətlərin normallaşmasını istəmir

Vaşinqton qonşu ölkələrin Suriya prezidenti Əsədlə münasibətləri normallaşdırdığını görmək istəmir...

Poliqon xəbər verir ki. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib. Kirbi qeyd edib ki, ABŞ əvvəlki kimi digər ölkələrin Suriya prezidenti Bəşər Əsədlə münasibətlərin normallaşmasını istəmir.

“Hər hansı bir ölkənin Əsədlə münasibətləri normallaşdırdığını görmək istəmirik və bu fikrimizdə heç bir şey dəyişməyib. Biz bunun regionda və ya regiondan kənarda kiminsə marağında olduğunu düşünmürük”, deyə Kirbi bildirib.

Ağ Evin nümayəndəsinin sözlərinə görə, ABŞ hərbçilərinin Suriyada mövcudluğu qanuni olmaqda davam edir və kimlərinsə Bəşər Əsədlə münasibətləri normallaşarsa, bu məsələdə dəyişiklik olmayacaq və qoşunlar Suriyadan çıxarılmayacaq.

Poliqon.info