Gəncədə 20 yaşlı qız atasının doğum günündə intihar edib - Foto, Yenilənib

Gəncə Dövlət Universitetinin tələbəsi intihar edib...

Gəncədə tələbə qızın intihar etməsinin bəzi detalları məlum olub.

Lent.az xəbər verir ki, buna səbəb qızın üzləşdiyi ağır itki olub.

Belə ki, 1 yanvar tarixində Kübranın atası - İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib.

Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib.

Kübranın intihar etdiyi tarix atasının doğum günü olub.

Qeyd edək ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Mərhumun qardaşı isə polis əməkdaşıdır.

***

APA xəbər verir ki, 3-cü kurs tələbəsi Kübra Famil qızı Həsənova yaşadığı evdə özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info