Gimnastlarımız beynəlxalq turnirdə yeddi medal qazandılar

Milli komanda yarışı dörd qızıl, iki gümüş və bir bürünc mükafatla başa vurub...

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 10-cu Vavel beynəlxalq turnirində yeddi medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, milli komanda yarışı dörd qızıl, iki gümüş və bir bürünc mükafatla başa vurub.

Yığmanın heyətində Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) birinci, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) ikinci, Adil Hacızadə (böyüklər, tamblinq) isə üçüncü yeri tutub.

Poliqon.info