Fevralda ABŞ səmasında vurulan Çin şarı çəkmirmiş, dinləyirmiş...

ABŞ rəsmiləri bildiriblər ki, ABŞ səmasında uçan çin hava şarları silah sistemlərindən gələn siqnalları dinləyirmiş...

Zondun qalıqlarının texniki tədqiqi əsasında Amerika tərəfi belə qənaətə gəlib ki, hava şarının daşıdığı stansiya çox güman ki, görüntüləri deyil, silah sistemlərindən və onlara xidmət edən personalın kommunikasiyalarından gələn siqnalları toplayıb ötürür.

Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı iki yüksək vəzifəli məmura və ABŞ administrasiyasının bir keçmiş rəsmisinə istinadən məlumat yayıb. Telekanal bildirib ki, fevralın 4-də Cənubi Karolina sahillərində dəniz üzərində vurulan Çin hava şarı ABŞ-ın bir sıra hərbi obyektlərindən məlumat toplayırmış.

Qeyd edək ki, fevral ayında ABŞ hərbçiləri okeana düşən Çin zondunun faydalı yükündən qalan hissələri sudan çıxara bilmişdilər.

Rəsmilərin dediyinə görə, Çindən Amerikaya qədər uçan şar vurulana qədər bir neçə gizli yerlərin üzərindən uça bilər. Kanalın həmsöhbətləri onu da bildirirlər ki, qurğu toplanmış məlumatları onlayn rejimdə Çinə ötürə bilib.

Poliqon.info