İranın təhsil naziri istefa verib

Fərhəngiyan (Mədəniyyət) Universitetinin rəhbəri Reza Murad Sahrain təhsil naziri vəzifəsini icra edəcək...

İran Prezidenti İbrahim Rəisi təhsil naziri Yusif Nurinin istefasını qəbul edib.

APA xəbər verir ki, Fərhəngiyan (Mədəniyyət) Universitetinin rəhbəri Reza Murad Sahrain təhsil naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, İranda daha çox qız məktəblərində zəhərlənmələr baş verib. Bu, ölkədə etirazlara səbəb olub. Hadisə nəticəsində 5 mindən çox şagird zəhərlənib. Hadisə ilə bağlı 100-dən çox adam saxlanılıb.

Həmçinin, İran məktəblərində bəzi digər nöqsan və çatışmazlıqlarla bağlı da narazılıqlar olub. Müəllimlərin maaşının gecikməsindən sonra İran Prezidenti məsələni araşdırmağı tapşırmış, Novruz çıxışında bununla bağlı Təhsil Nazirliyini günahlandırmışdı.

Poliqon.info