Qazaxıstanın şimalı “separatizm” virusuna yoluxub - Ruslar öz müstəqilliklərini elan edib...

Qazaxıstanın şimalında Rusiyadan gələn “separatizm” virusu aşkarlanıb...

Qazaxıstanın Petropavlovsk şəhərinin sakini olan bir qrup Rusiya vətəndaşı “Xalq Şurası” yaradaraq ölkənin şimalında Qazaxıstandan ayrılaraq “müstəqillik”lərini elan ediblər.

Poliqon xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatında məlumatlar yayılıb.

Qeyd edək ki, Qarabağda, Abxaziyada, Cənubi Osetiyada da eyni senari baş vermişdi. Rusiyadan gələn “istiqlalçılar”ın müraciətlərində deyilir:

“Biz Şimali Qazaxıstan vilayətinin Petropavlovsk şəhərinin azad və müstəqil insanları, kişiləri və qadınları, zəhmətkeşləri Qazaxıstan Respublikasının korporasiyasının qondarma hüquqi əsaslarını nəzərə alaraq, xalqın həyatı üçün əlverişsiz şəraitin yaradıldığını, habelə, respublika məmurlarının bacarıqsızlığınə və şərəfsizliyinə görə əmlakımızı və sərvətlərimizi idarə edən sistemin bütün təsisçilərinə və xidmətçilərinə tam etimadsızlıq bildiririk. Biz xalq olaraq öz müstəqilliyimizi, muxtariyyətimizi və suverenliyimizi elan edirik",

Bir müddət sonra Qazaxıstanın rusdilli əhalisini qazaxlardan qorumaq üçün Rusiya hakimiyyətinə müraciət”ə rast gəlsək, təəccüblənməyə ehtiyac yoxdur...

Poliqon.info