Tokayev yeni Xarici İşlər naziri təyin edib...

Prezident Administrasiyasının keçmiş rəhbəri Nurtleu baş nazirin müavini və xarici işlər naziri təyin edilib...

Poliqon.info xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasim-Jomart Tokayev ölkə baş nazirinin müavini və xarici işlər nazirliyinin rəhbəri vəzifəsinə Murat Nurtleunu təyin edib.

Xatırladaq ki, Qazaxıstan hökuməti martın 19-da parlamentin aşağı palatası deputatlarının yenidən seçilməsi nəticəsində öz səlahiyyətlərini itirib. Tokayev Nazirlər Kabinetinin köhnə heyətinə İcra Hakimiyyətinin yeni tərkibi formalaşdırılana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb. Martın 30-da Prezident 2022-ci ilin yanvarından bu vəzifədə çalışan Əlixan Smailovun yenidən Baş nazir təyin edilməsi barədə fərman imzalayıb.

Poliqon.info