Mark Milli: Ukraynanın qələbə şansı azdır

Amerika generalı Ukraynanın qələbə şansının az olduğunu bildirib...

Ukraynanın Rusiya ilə hərbi münaqişədə qələbə şansı azdır, deyə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinin sədri general Mark Milli bildirib.

Poliqon.info xəbər verir ki, bu barədə Amerikanın The Hill qəzeti məlumat yayıb.

"Mən bunun mümkün olmadığını demirəm. Mən sadəcə deyirəm ki, bu çox çətin bir məsələdir",deyə general Kiyevin qələbə şansını qiymətləndirib.

Millinin sözlərinə görə, ukraynalılar bu il hərbi uğura ümid etməməlidirlər. O, Ukrayna Silahlı Qüvvələrinin 200 minlik Rusiya ordu qrupu ilə mübarizə apardığını xatırladıb.

Poliqon.info