Qrossi Moskvaya gedir...

MAQATE rəhbəri Rafael Qrossi yaxın günlərdə Rusiyaya səfər etməyi planlaşdırır...

MAQATE-nin baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırır.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə onun İtaliya xarici işlər naziri Antonio Tajani ilə telefon danışığından sonra məlumat verilib.

Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti, xüsusilə Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər. Qrossi stansiyanın ətrafında xüsusi beynəlxalq mühafizənin tətbiq ediləcəyiazad zonanın yaradılması perspektivi ilə bağlı yeniliklər barədə Antonio Tajaniyə məlumat verib.

İtaliya Xarici İşlər Nazirliyindən bildirilib ki, Qrossinin Moskvaya gözlənilən missiyasının uğurla bitəcəyinə ümid edirlər.

Poliqon.info