Putin: İttifaq Dövləti müdafiə qüdrətini artırmalıdır...

Rusiya və Belarusun ittifaq dövləti müdafiə potensialını gücləndirməlidir...

Poliqon xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin aprelin 2-də Rusiya və Belarus xalqlarının birliyi günü münasibətilə təntənəli toplantının iştirakçılarına təbrikində bildirib. Qeyd edək ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

“İndiki çətin şəraitdə etibarlı təhlükəsizliyi təmin etməyimiz və İttifaq Dövlətinin müdafiə potensialını gücləndirməyimiz vacibdir", deyə Putinin təbrik məktubunda deyilir.

Putinin sözlərinə görə, artıq Rusiya və Belarus vətəndaşlarının tibb və təhsil, sosial və pensiya təminatı, habelə yaşayış və iş yeri seçimində hüquqlarının bərabərliyini tam təmin etmək mümkün olub.

Xatırladaq ki, Belarus və Rusiya Xalqlarının Birlik Günü aprelin 2-də qeyd olunur. 1996-cı ilin bu günü iki ölkə prezidentləri Belarus və Rusiya Birliyinin yaradılması haqqında saziş imzalayıblar.

Poliqon.info