Vladlen Tatarskini öldürən qadın həbs edilib...

Darya Trepova hərbi jurnalist Vladlen Tatarskini öldürməkdə şübhəli bilinərək saxlanılıb...

Sankt-Peterburqda 24 yaşlı Darya Trepova hərbi jurnalist Vladlen Tatarskinin qətlində şübhəli bilinərək saxlanılıb.

Poliqon xəbər verir ki, bu barədə “İnterfaks” Agentliyinin məlumatında bildirilib. Agentliyin mənbəsinin məlumatına görə, Darya Trepova müstəntiqlərə təhvil verilib.

İstintaq hesab edir ki, içərisində partlayıcı qurğu quraşdırılmış Tatarskinin büstü olan qutunu kafeyə Trepova gətirib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Mənbənin sözlərinə görə, 26 yaşlı rusiyalı qadın Sankt-Peterburqda yaşayır və radikal feministdir

Xatırladaq ki, Sankt-Peterburqda kafedə hərbi müxbir Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 24 nəfər yaralanıb.

Poliqin.info