Qubada dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir...

Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb.

Kənd sakini Azər Kamilov həyatyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Poliqon.info