Türkiyə Finlandiyanın NATO-ya qəbuluna razılıq verdi

Türkiyə alyansın sonuncu üzvü olaraq bu məsələyə müsbət rəy verib...

Türkiyə Böyük Millət Məclisi mart ayının 31-də Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.

"Unikal" xəbər verir ki, bu bardə parlament sədrinin müavini Heydər Akar səsvermənin nəticələrini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması haqqında protokolun ratifikasiyası üçün yetərsay - 276 səslə qəbul edilib.

Türkiyə alyansın sonuncu üzvü olaraq bu məsələyə müsbət rəy verib.

Poliqon.info