Fırıldaqçılarla söhbət zamanı hansı sözlərdən istifadə etmək olmaz…

Təhlükəsizlik eksperti: Fırıldaqçılarla söhbətzamanı “bəli”, “yox” və “mən” sözlərindən istifadə etməyin…

Fırıldaqçılarla telefon danışığında bir sıra sözlərdən istifadə etməkdən çəkinmək lazımdır. Çünki fırıldaqçılar sizin səsinizi yaza və öz eqoist məqsədləri üçün istifadə edə bilərlər.

Poliqon xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində informasiya təhlükəsizliyi sahəsində ekspert Aleksandr Vlasov deyib.

“Fırıldaqçılarla söhbətdə heç vaxt “bəli”, “yox” və “mən” sözlərindən istifadə etməyin”, deyə ekspert bildirib.

Vlasov qeyd edib ki, dələduzlarla davranışın yeganə doğru strategiyası fırıldaqçı ilə danışdığınızı anladığınız anda telefonu dərhal qapatmaqdır.

Poliqon.info