Özəl universitet borclarını qaytarmaqdan ötrü kitabxanasını satışa çıxardı

"Əfqanıstan" özəl universiteti öz kitabxanasını satışa çıxarıb.

Elanda bildirilir ki, buraya üç min kitab, mebel və kompüter daxildir.

Poliqon.info xəbər verir ki, öz növbəsində tələbələr universitet rəhbərliyinin bu addımını etirazla qarşılayıblar.

Onlar universitet rəhbərliyini təhsilə qəsdən əngəl törətməkdə ittiham edirlər.

 "Əfqanıstan" özəl universiteti isə müəllimlərin maaşını və hökumətə olan vergi borcunu ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu açıqlayıb.

(Oxu.az)

Poliqon.info