Şuşalı 11 uşaq anasının 35 il əvvəl Vəzirova vurduğu Teleqram –"İcazə verin Stepanakertdə sovet hakimiyyətini bərpa edim" /Tarix
Poliqon.info bildirir ki, professor Cəmil Həsənli o zaman Azərbaycanın siyasi rəhbərliyinə Şuşadan vurulmuş bir teleqramı paylaşıb.
Şuşada yaşayan Qəhrəman Ana Teybə Hüseynova 1988-ci ilin iyul ayının 8-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirova vurdğu teleqarmda “Stepanakertdə sovet hakimiyyətinin olmadığını” bildirib və bu hökuməti “bərpa etmək üçün ona icazə verilməsini” istəyib.
Teleqramda deyilir:
“Eşitdiyimə görə, Fidel Kastro ətrafında 85 nəfərlə sosialist inqilabına qələbə qazandırdı. Mən qəhrəman anayam. 11 uşağım var. Onların övladları indi 85 nəfərdən çoxdur. 5 aydır Stepanakertdə sovet hakimiyyəti fəaliyyət gpstərmir. İcazə verin mən ailə üzvlərimlə Stepanakertdə sovet hakimiyyətini bərpa edim.
Qəhrəman ana Teybə Hüseynova.
Şuşa. Capardize küçəsi 20”.
Bu sənəd o zamankı hakimiyyətdən fərqli olaraq xalqın baş verənlərə ayıq nəzərlərlə baxdığını bir daha subut edir.
Poliqon.info