Papanın səhhəti normallaşıb…

Vatikan Papanın səhhətinin yaxşılaşdığını açıqlayıb…

86 yaşlı Papa Fransiskin səhhəti yaxşılaşır və işinə qayıdır. Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

“Roma Papası Fransisk gecəni yaxşı keçirib. Klinik mənzərə davamlı olaraq yaxşılaşır, planlaşdırılmış müalicə davam edir. Bu səhər səhər yeməyindən sonra o, bir neçə qəzet oxuyub və işinin başına qayıdıb”, deyə Bruni deyib.

Qeyd edək ki, martın 29-da mətbuat Papanın səhhətinin kəskin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini yazmışdı. Bildirilib ki, pontifik bir neçə gün Romadakı Gemelli klinikasında qalacaq.

Roma Papası martın 30 və 31-nə planlaşdırılan bütün kütləvi tədbirləri ləğv edib.

Poliqon.info