Çin lideri Si Tsinpin ölkəsini müharibəyə hazırladığını bəyan edib...

Çin döşvlət başçısı Si Tsinpin ölkəsini müharibəyə hazırladığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Foreign Affairs nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin lideri bu barədə parlamentinin illik iclasındakı dörd çıxışında bildirib. Çıxışların birində siyasətçi generallarına müraciət edib. Si generallarını “cəsarətli olmağa” çağırıb.

Qeyd edək ki, Çin hökuməti müdafiə büdcəsini 7%-dən çox artırdığını elan edib. Son on ildə bu rəqəm iki dəfə artıb. Bundan əlavə, ÇXR səlahiyyətliləri xarici taxıl idxalından daha az asılı olmaq niyyətində olduqlarını bildirdilər.

Həmçinin, son bir neçə ay ərzində Çin yeni hərbi hazırlıq qanunlarını elan edib və digər məsələlərlə yanaşı, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqları tikib. Foreign Affairs nəşri Çin hakimiyyətinin bu addımlarına yekun qiymət vermək üçün hələ tez olduğunu yazıb.

Poliqon.info