Ağ Ev Rusiya və Çinlə necə davranacağını bilmir…

Ağ Ev Rusiya-Çin münasibətlərinə necə qarşı çıxacağını bilmir…

Rusiya, Çin və İran arasında münasibətlərin möhkəmlənməsi fonunda ABŞ prezidenti Co Baydenin komandası bu ittifaqla nə edəcəyini bilmir.

Poliqon xəbər verir ki, bu barədə National Interest nəşrinin məlumatında bildirilir.

Nəşrin köşə yazarı Artur Germanın fikrincə, Birləşmiş Ştatlar öz geosiyasi rəqibləri ilə qarşıdurma planı hazırlaya bilərdi, lakin artıq bir neçə hadisə ABŞ administrasiyasından hər hansı reaksiyanın olmadığını göstərir.

“Moskva və Pekin ABŞ-ı dünyanın aparıcı fövqəldövləti mövqeyindən sıxışdırıb çıxarmaq və yeni totalitar dünya nizamı tətbiq etmək üçün birgə çalışırlar. Ağ Ev isə deyəsən, onlara qarşı necə mübarizə aparacağını bilmir”, deyə məqalə müəllifi yazır.

German qeyd edir ki, Amerika tərəfinin Ukrayna və Tayvandakı hərəkətləri Vaşinqtonun rəqiblərinə müqavimət göstərmək vəzifəsinə uyğun gəlmir.

“Bayden komandası, bəlkə də həddindən artıq dərəcədə diqqətini Ukraynanı dəstəkləməyə cəmləyib və Tayvan üzərində Çinlə mümkün müharibədən narahatdır. Ukraynanı dəstəkləmək və Tayvanı qorumaq vacib olsa da, ABŞ açıq şəkildə daha geniş qlobal strategiya hazırlamalıdır”, deyə Artur German bildirir.\

Poliqon.info