Alimlər mamont ətindən küftə hazırladılar

Avstraliyanın Vow şirkətinin mütəxəssisləri laboratoriya şəraitində yetişdirdikləri mamont ətindən küftə hazırlayıblar…

Poliqon xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Məlumata görə, alimlər bunun üçün Mammuthus primigenius (yunlu mamont) DNT-sindən istifadə ediblər.

“İnanılmaz dərəcədə asan və tez başa gəldi. Biz hər şeyi bir neçə həftə ərzində etdik”, deyə eksperimentin müəlliflərindən biri olan professor Ernst Volvetanq bildirib.

Volvetanqın sözlərinə görə, mütəxəssislər əvvəlcə in vitro Dodo (nəsli kəsilmiş quş) əti yetişdirmək istəyiriblər, lakin bunun üçün lazımi DNT ardıcıllığı çatışmayıb.

Alimlər işlərinin iqlim dəyişikliyinin əsas səbəblərindən biri kimi xarakterizə olunan heyvandarlığın intensivləşdirilməsi probleminin həllinə yönəldiyini qeyd ediblər.

Şirkətin baş direktoru Corc Peppunun sözlərinə görə, bu irəliləyişin məqsədi bir neçə milyard ət istehlakçısının adi heyvan zülallarından imtina etməsini və onların əvəzinə süni şəkildə istehsal edilə bilən məhsullarla əvəz edilməsini təmin etməkdir.

Poliqon.info