ABŞ-da F-35 qırıcılarının yalnız yarısı uçuşa yararlıdır…

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri hazırda 540-dan çox F-35 qırıcısına malikdir, lakin onların yalnız 53,1%-i döyüş tapşırıqları üçün yararlıdır…

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə qırıcıların yarıdan çoxunun təlim, döyüş və nümayişi uçuşlar həyata keçirməyə keçirməyə yararlı olduğu bildirilir. F-35-lərin 30%-dən az hissəsi bütün döyüş tapşırıqlarını yerinə yetirə bilər. Bloomberg xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin generalı Maykl Şmidt aviasiya alt komitəsində dinləmələr üçün hazırlanmış hesabatında bildirib.

“Düşünürəm ki, bu, sadəcə olaraq qəbuledilməzdir. Mənim əsas prioritetim qırıcıların mümkün qədər döyüş hazırlığının olmasıdır İl ərzində qırıcıların hazırlıq səviyyəsini ən azı 10% artırmalıyıq”, deyə Şmidt hesabatında qeyd edib.

Amerikalı generalın hesabatında bu vəziyyətin səbəbləri göstərilməsə də, ABŞ Hərbi Hava Qüvvələrində kifayət qədər F-35 ehtiyat hissələrin olmadığı bildirilir.

Poliqon.info