ABŞ-da iki hərbi helikopter toqquşub

ABŞ-ın Kentukki ştatında iki hərbi helikopter toqquşub.

 Poliqon.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü bildirb.

Qeyd olunub ki, təlim zamanı ABŞ ordusunun Fort Kampbel qarnizonuna məxsus iki helikopter qəzaya uğrayıb.

Toqquşma nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

(APA)

Poliqon.info