ARTİ: Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər

"Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər".

Poliqon.info xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil:

"Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb".

Poliqon.info