Naməlum şəxs Olaf Şoltsun Potsdəmdakı mənzilinə girməyə cəhd edib

Naməlum şəxs Almaniya kansleri Olaf Şoltsun Potsdamdakı mənzilinə girməyə cəhdi uğursuz olub. Aşkar edildikdən sonra kişi gizlənməyə məcbur qalıb...

Poliqon xəbər verir ki, bu barədə bazar ertəsi Spiegel jurnalı təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bazar günü axşam soyğunçu Almaniya kanslerinin də yaşadığı Potsdamın mərkəzindəki binaya daxil olub. Şolts özü bu zaman Berlindəki federal kanslerin idarəsində bir iclasda olub.

Nəşrin məlumatına görə müşahidə kamerasından çəkilən fotoşəkildə üzündə Cadılar Bayramı maskası olan bir adam görünür. Oğru əlcəkli və kapüşonda olub. Əlində isə fənər olub. Mənbə bildirilib ki, kişi mənzilə girməyə cəhd edərkən diqqət çəkib. Bunu anlayan oğru dərhal aradan çıxıb.

Polis hadisə yerini araşdırıb, şübhəli şəxs axtarılır və təhlükəsizlik kameralarından videolar götürülüb. Bundan əlavə, binanın təhlükəsizlik və mühafizə tədbirləri gücləndirilib.

Şolts 2021-ci ildə həyat yoldaşı Britta Ernst ilə birlikdə Potsdamda bir mənzilə köçüb. Şpigelin qeyd edir ki, köçmə səbəbi cütlüyün əvvəlki yaşayış yerində törədilmiş müxtəlif oğurluqlar olub. Gecə-gündüzü mühafizəyə baxmayaraq, oğrular o vaxt Şolts və Ernstın yaşadığı çoxmənzilli binanın müxtəlif mənzillərinə girə biliblər

Poliqon.info