Bayden: Neşvilldə məktəbi atəşə tutan qadın iki AK-47 avtomatı ilə silahlanıb...

ABŞ prezidenti Co Bayden Neşvilldə məktəbə atəş açan qadının iki AK-47 avtomat tüfəngi ilə silahladığını bildirib..

Poliqon xəbər verir ki, bu barədə ABC News kanalının məlumatında bildirirlir. Yerli polisin məlumatına görə, hücum edən şəxs həm də tapança ilə silahlanıb. Amerika lideri əlavə edib ki, “məktəblərin həbsxanaya çevrilməməsi üçün” tədbirlər görülməlidir.

Təhsil müəssisəsinə hücum nəticəsində üçü uşaq olmaqla altı nəfər həlak olub.

Qeyd edək ki, martın 27-də axşam saatlarında ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində məktəbdə atışma baş verib. Hadisəni törədənin kimliyi və motivləri də məlum deyil. Şəhərin yanğın təhlükəsizliyi idarəsi məktəbə gələnlər arasında çoxlu sayda qurbanların olduğunu bildirib.

Poliqon.info