Əfqanıstanda XİN binası yaxınlığındakı partlayışda azı 6 nəfər ölüb - Yenilənib

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb...

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında törədilən partlayışda azı 6 mülki vətəndaş ölüb.

APA "kabulnow" saytına istinadən xəbər verir ki, bu barədə Taliban polisi məlumat verib.

Kabildə Taliban polisinin Kabildəki sözçüsü Xalid Zadran bildirib ki, partlayış kamikadzenin vurulmasından sonra baş verib. O, kamikadzenin partlayıcısının partlaması nəticəsində 6 mülki şəxsin həlak olduğunu, 3 Taliban üzvü də daxil olmaqla, bir neçə nəfərin yaralandığını təsdiqləyib. İtaliya QHT-si tərəfindən idarə olunan təcili tibbi yardım xəstəxanası partlayış nəticəsində iki nəfərin öldüyünü və 12 nəfərin yaralandığını təsdiqləyib. “Bizim Cərrahiyyə Mərkəzimizə biri uşaq daxil olmaqla 12 yaralı pasient və 2 şəxs artıq ölmüş halda qəbul edilib”, - bildirilib.

***

"Report" xəbər verir ki, bu barədə İtaliyanın “Emergency” humanitar təşkilatı tvitterdə məlumat yayıb.

“Cərrahiyyə mərkəzimizə biri uşaq olmaqla 12 nəfər yaralı daxil olub”, - təşkilatın açıqlamasında bildirilib.

Poliqon.info