Azərbaycanın səhnəsini danimarkalı hazırlayacaq - Foto, Video

Bu, Avropada məşhur olan danimarkalı Mads Enqqaarddır...

Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.

Olay.az yazır ki, bu, Avropada məşhur olan danimarkalı Mads Enqqaarddır.

O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir.

Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.

Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari”, Nadir Rüstəmlinin “Fade to black” mahnılarının səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.

Poliqon.info