İsraildə məhkəmə islahatlarının birinci hissəsi təsdiqlənib

İsraildə etirazlar fonunda məhkəmə islahatlarının birinci hissəsi yekun oxunuşlar üçün təsdiq edilib...

Qeyd edək ki, dünənki etirazlardan sonra İsrail prezidenti İshaq Hersoq Baş nazir Benyamin Netanyahu və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Onun sözlərinə görə, mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır.

Xatırladaq ki, hakimlərin təyinatı üzərində İsrail hökumətinə nəzarətin verilməsini və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan məhkəmə islahatları yəhudi dövlətində kütləvi etirazlara səbəb olub. Hakimiyyətin planlarından narazı olanlar artıq 3 aydır ki, mitinqlər keçirirlər.

İsraildəki məhkəmə islahatlarına qarşı etirazlar fonunda Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb.

Poliqon.info