Etirazçılar Netanyahunun evi qarşısındakı kordonu yarıb...

Qüdsdə minlərlə etirazçı Netanyahunun evi yaxınlığındakı polis kordonunu yarıb...

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti məlumat yayıb.

Qəzet yazır ki, İsraildə məhkəmə islahatlarına qarşı olan minlərlə etirazçı Baş nazir Binyamin Netanyahunun Qüdsdəki iqamətgahının yerləşdiyi mikrorayona aparan polis kordonunu yarıb.

Bundan əvvəl etiraz təşkilatçıları bütün İsraildə “iflic həftəsi” elan ediblər.

Xatırladaq ki, etirazçılar Netanyahu hökumətinin məhkəmə sistemi çərçivəsində təklif etdiyi qanunlar paketinin Ali Məhkəmənin səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutması və kabinetə hakimlərin təyinatına nəzarət etməyə imkan verməsi ilə razılaşmır.

Poliqon.info