Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Qərara əsasən Türkiyə İraqa 1,4 milyard dollar ödəməlidir...

Poliqon xəbər verir ki, Beynəlxalq Arbitraj Məhkəməsi İraq hökuməti ilə Kürdüstan muxtar bölgəsindən xam neftin ixracı ilə bağlı uzun müddətdir davam edən mübahisədə Türkiyənin əleyhinə qərar verib.

Xatırladaq ki, İraq təxminən doqquz il əvvəl Ankara ilə Ərbil arasında Kərkük-Ceyhan boru kəməri ilə neft ixracını nəzərdə tutan neft müqaviləsinə görə Türkiyəni məhkəməyə vermişdi.

Məhkəmənin qərarına əsasən Türkiyə İraqa 1,4 milyard dollar ödəyəcək.

Poliqon.info