İsraildə müdafiə nazirinin istefasından sonra etirazlar başlayıb

İsraildə etirazlar baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra başlayıb...

Poliqon xəbər verir ki, bu barədə İsrailin Yedioth Ahronoth qəzeti yazır.

Nəşrin məlumatına görə, etirazçılar Təl-Əvivdə hökumət binalarına doğru gedərək nəqliyyatın hərəkətini kəsiblər.

Bir qrup nümayişçi istefaya göndərilən nazirə dəstək ifadə etmək üçün ölkənin şimalındakı Amikam qəsəbəsində Qalantin evinə gəlib.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalantı İsrailin baş naziri Benyamin Netanyahu vəzifəsindən azad edib.

Martın 25-də Qalant hökuməti bu məsələdə ictimai razılığa gəlmək üçün kifayət qədər uzun müddətə məhkəmə islahatlarından imtina etməyə çağırıb. Bu sözləri siyasətçi Böyük Britaniyaya səfəri zamanı deyib.

48 saat ərzində İsraildə yeni müdafiə naziri təyin olunmalıdır.

Poliqon.info