Ağ Ev: Putin Belarusa nüvə silahə göndərməyib...

ABŞ Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinə dair heç bir əlamət görmür...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

“ABŞ Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsindən əsər-əlamət görmür”, deyə Ağ Evin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskva və Minskin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə dair razılığa gəldiyini bildirib. Rusiya prezidenti qeyd edib ki, bununla bağlı işlər iyul ayında yekunlaşacaq. Həmçinin Rusiya prezidenti Belarus pilotlarının taktiki nüvə daşıyıcıları olan təyyarələrlə təlim keçdiklərini də vurğulayıb.

“Biz Putinin vədinə Belarusa nüvə silahı göndərdiyinə dair heç bir əlamət görmürük”, deyə bu məlumatı şərh edən Kirbi bildirib.

Qeyd edək ki, Putinin bəyanatına qarşı Aİ Belarusda nüvə silahının yerləşdirilməsi halında sanksiyaları gücləndirməyə hazır olduğunu açıqlayıb.

Poliqon.info