Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - Foto

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb...

Poliqon Oxu.Az-a istinadən xəbər verir ki, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Poliqon.info