Kissincerdən bədbin proqnoz: Böyük problemlər yaranacaq...

"İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər”.

Poliqon.info xəbər verir ki, bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

Onun sözlərinə görə, ikinci soyuq müharibə ABŞ və Çin arasında başlaya bilər. Kissincer hər iki ölkənin birinci soyuq müharibədən fərqli olaraq kifayət qədər böyük həcmdə maliyyə resurslarına sahib olduğunu, bunun isə böyük problemlər yaradacağını bildirib.

 Keçmiş dövlət katibi Çinin qərbləşməsini gözləməyin artıq doğru strategiya olmadığını qeyd edib. O, Rusiyanın Çinin Avropadakı “forpost”u olmaması üçün Ukraynadakı müharibəni savaş tərəflərinin hər ikisinin maraqlarına uyğun şəkildə həll edilməsi gərəkdiyini söyləyib. (İGlobalinfo.az)

Poliqon.info