Türkiyədən Ermənistana 15 ildən sonra nazir səviyyəsində ilk səfər - Foto

15 ildən sonra, nazir səviyyəsində ilk səfər yenə də iki ölkə arasındakı futbol matçı səbəbilə gerçəkləşdirilir...

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu 2024 Avropa Futbol Çempionatının seçmə turu çərçivəsində bu gün keçiriləcək Ermənistan-Türkiyə matçını izləmək üçün Ermənistana gedib.

Xatırladaq ki, sonuncu dəfə Türkiyənin 11-ci prezidenti Abdullah Gül 2008-ci ildə Ermənistan - Türkiyə oyununa stadiondan canlı baxmaq üçün İrəvana səfər etmişdi.

Beləliklə, 15 ildən sonra, nazir səviyyəsində ilk səfər yenə də iki ölkə arasındakı futbol matçı səbəbilə gerçəkləşdirilir.

Poliqon.info