İranda qaz şirkətində güclü partlayış: İki nəfər həlak olub - video

İranın Əhvaz şəhərindəki “Butan” qaz şirkətində güclü partlayış baş verib. Hadisə nəticəsində azı iki nəfər həyatını itirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əmir Abbas Nəcəfiyə istinadla xəbər verib.

Yaralıların dəqiq sayı açıqlanmayıb.

Bildirilir ki, zərərçəkənlərə yardım üçün hadisə yerinə dörd əməliyyat qrupu göndərilib.

Hadisənin başvermə səbəbi hələlik bəlli deyil.

Poliqon.info