Paytaxtda sərnişin avtobusu “Mercedes”lə toqquşdu - Foto

Qəza zamanı xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşməyib...

Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşməyib.

Poliqon.info